• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Mavi Mərmərə" hücumunun komandanı öldürüldü

DÜNYA

10 Oktyabr 2023 | 00:08 | Müəllif: Subhan Mahmudov

"Mavi Mərmərə" hücumunun komandanı öldürüldü

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının İsrailə hücumu nəticəsində ölən hərbçilər arasında polkovnik-leytenant Eli Ginsburq da olub.

Bakıvaxtı.az bildirir ki, adıçəkilən yüksək rütbəli hərbçi 2010-cu ildə Türkiyənin "Mavi Mərmərə" gəmisinə hücuma rəhbərlik edibmiş.

Qeyd edək ki, 2010-cu ilin may ayında Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus "Mavi Mərmərə" gəmisi beynəlxalq sularda İsrail hərbçilərinin qəddar hücumuna məruz qalmışdı. Vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, eləcə də könüllülərin olduğu gəmiyə hücum zamanı 10 türkiyəli həlak olmuşdu.

Xatırladaq ki, indiyədək HƏMAS-ın hücumlarında 73 israilli hərbçi həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026