ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson NBC News-a müsahibə verib.
Bakıvaxtı.az xəbər verir ki, Conson müsahibədə prezident Donald Tramp və Zelenski arasında Oval Ofisdə baş tutan müzakirəni təhlil edib.
"Zelenskinin Ağ Evdə etdikləri bizə onun hələ buna hazır olmadığının siqnalı idi və məncə, bu, böyük məyusluqdur",- Nümayəndələr Palatasının spikeri qeyd edib.
Conson Trampın Rusiya və Ukraynanı sülh üçün bir araya gətirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, ABŞ-nin müzakirə etdiyi sülh sazişinin əldə olunması üçün Zelenski minnətdarlıqla masaya qayıtmalı və ya ölkəyə başqasının rəhbərlik etməsinə nail olmalıdır.
Əli Hüseynov