• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Amerikalı hərbçilərin Litvada ölüm səbəbi açıqlanıb

DÜNYA

02 Aprel 2025 | 10:35

Amerikalı hərbçilərin Litvada ölüm səbəbi açıqlanıb

Dörd amerikalı hərbçi Litvada maşını bataqlıqdan çıxarmağa çalışarkən həlak olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hərbçilər hərbi maşını bataqlıqdan çıxarmaq üçün göndəriliblər. ABŞ ordusu hadisənin səbəbini araşdırır.

Qeyd edək ki, martın 25-i axşam saatlarında Litvanın Pabradedəki mərkəzi hərbi poliqonunda təlimlərdən sonra dörd amerikalı hərbçi “M88 Hercules” zirehli təmir-təxliyə maşını ilə yola düşüb və itkin düşüb. Helikopterlərin iştirakı ilə uzunmüddətli axtarışlardan sonra maşın bataqlıqda aşkar edilib. Daha əvvəl verilən məlumata görə, ABŞ ordusunun dörd hərbçisi həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026