ABŞ prezidenti Donald Tramp noyabrın 11-i və mayın 8-ni Birinci və İkinci dünya müharibəsində qələbə günü elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “Truth Social” səhifəsində yazıb.
“Mən 8 mayın adını İkinci dünya müharibəsində qələbə günü, 11 noyabrın isə I dünya müharibəsində qələbə günü kimi dəyişdirirəm. Birləşmiş Ştatlar İkinci dünya müharibəsində qalib gəlmək üçün digər ölkələrdən daha çox şey edib. Cəsarət, güc və hərbi məharətlə heç kim amerikalılara yaxın gələ bilməyib”, - deyə o bildirib.