2009-cu ildə dünyasını dəyişən Maykl Ceksona qarşı cinsi qısnama iddiaları yenidən alovlanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının məhkəməsi uşaq ikən Cekson tərəfindən cinsi istismara məruz qaldığını iddia edən iki şəxsin onun şirkətlərinə qarşı məhkəmə iddiası qaldıra biləcəyinə qərar verib.
Xatırladaq ki, Wade Robson və James Safechuck tərəfindən 2020-2021-ci illərdə Ceksonun şirkətlərinə qarşı qaldırılan iddialar rədd edilmişdi.
İndi 40 yaş ərəfələrində olan Wade Robson və James Safechuck 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ceksonun Neverland fermasında qaldıqları zaman zorakılığa məruz qaldıqlarını iddia edirlər.
Ay Tac















