• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Medvedev Putini öldürə bilərdi... – “KQB” zabitindən İDDİA

DÜNYA

03 Fevral 2023 | 14:58

Medvedev Putini öldürə bilərdi... – “KQB” zabitindən İDDİA

“Vladimir Putin 2011-ci ilin dekabrında Dmitri Medvedev prezident olanda və ruslar küçələrə çıxanda dəli olub. Məhz o zaman Medvedyevin rəqibini həbs etmək imkanı yaranmışdı”.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının keçmiş kəşfiyyatçısı, DTK zabiti Sergey Jirnov Natalya Moseyçuka müsahibəsində danışıb.

Onun sözlərinə görə, Putin 2011-2012-ci illərdə psixoloji sarsıntı yaşayıb: "Onun psixoloji sarsıntısı 2011-2012-ci illərdə hakimiyyətini saxlamaq üçün Medvedevi özünün yerinə qoyması ilə başladı. Guya o, dörd il ərzində özünə kənardan baxacaqdı... Ən pisi isə 2011-ci ilin dekabrında - əhaliin Putinin əeyhinə başladığı aksiyalar zamanı oldu. O, bundan çox qorxurdu. O, bir şeydən də qorxurdu - Medvedevin reytinqinin bundan da yüksək olacağından. Medvedevin hakimiyyətdə ikinci müddətə qalmaq üçün real fürsəti var idi. Medvedev qayıdan Putindən yaxşıdır”, - Jirnov bildirib.

Keçmiş kəşfiyyatçıya görə, o zaman Putin anlayıb ki, bir daha öz hakimiyyətini heç kimə verməyəcək. Üstəlik, o, hakimiyyəti bərpa edə biləcəyinə əmin deyildi.

S.Jirnov qeyd edib ki. V.Putin doğrudan da həyatı üçün qorxurdu: "Çünki Medvedev onu sadəcə olaraq Lefortovoya salb, sağollaşa bilərdi. Yaxud “Putin öldü”. “Putinin ürəyi tutdu və”... Və o anladı ki, hakimiyyəti heç kimə və heç vaxt vermək olmaz”.

Murad Məmmədli


SON XƏBƏRLƏR