• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tehran MAQATE ilə danışıqlara başlayır

DÜNYA

05 Mart 2023 | 01:00

Tehran MAQATE ilə danışıqlara başlayır

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müzakirələri davam etdirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat verib.

Məlumata görə, Tehran və MAQATE Fordodakı nüvə obyektində 83,7%-ə qədər zənginləşdirilmiş uran hissəciklərinin mənşəyi məsələsini tam aydınlaşdırmaq üçün texniki müzakirələrə başlayıblar.

İran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlama və monitorinq fəaliyyətlərini həyata keçirməsinə icazə vermək niyyətindədir.

Bu məsələ ilə bağlı texniki görüş yaxın vaxtlarda Tehranda keçiriləcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026