• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məhkəmə rektoru cərimələdi

CƏMİYYƏT

23 Iyun 2021 | 18:23

Məhkəmə rektoru cərimələdi

Azərbaycan Dövlət Mədəniyyət Universitetində (ADMİU) işləyən 5 nəfər müəllimin rəhbərlik tərəfindən əsassız olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat yayılıb.

Bakıvaxt.az Axar.az-a istinadən xəbər verir ki,  universitetə qarşı sürülən əsaslı iddialardan sonra məhkəmədən əvvəl müəllimlərin 4-ü ilə razılıq əldə olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ADMİU rəhbərliyi 40 ildən çox elmi təcrübəsi olan digər müəllimi işinə geri qaytarmağa məcbur olub. Nəticədə, Dövlət Əmək Müfəttişliyinin və məhkəmənin qərarı ilə universitet rəhbərliyi əmək müqaviləsinə xitam verərkən yol verdiyi qanun pozuntusuna görə 1500 manat məbləğində cərimə olunub.

Məsələ ilə bağlı ADMİU-dan açıqlama almaq istəsək də, suallarımıza cavab verilmədi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026