"Meksikanı COP29-da xarici işlər nazirinin müavini və ətraf mühit nazirinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri təmsil edəcək”.
Bakıvaxtı.az xəbər verir kİ, Bunu Apa-ya açıqlamasında Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero deyib.
Səfir Azərbaycanı təbrik edib: “Çünki bu konfrans 50 mindən çox, bəlkə də daha çox nümayəndə qəbul edir. Bütün tədbirlər həqiqətən çox yaxşı təşkil olunub və biz Azərbaycana COP29-un yekunlaşdırılmasında böyük uğurlar arzulayırıq. Biz bilirik ki, qarşıda böyük bir problem var və Azərbaycana bu problemin həllində dəstək olmaq üçün öz töhfə verməyə çalışacaq. Biz hələ də milli mövqeyimizi koordinasiya edirik. Aparıcı müzakirəçilərimiz tezliklə gələcək və biz Meksikanın mövqeyini bundan sonra daha çox paylaşa bilərik”.