• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəbdə özünü güllələyən şagirdin atası saxlanıldı

DÜNYA

08 Dekabr 2023 | 11:31

Məktəbdə özünü güllələyən şagirdin atası saxlanıldı

Rusiyanın Bryansk şəhərində yerləşən gimnaziyada məktəbliləri atəşə tutan yeniyetmə qızın atası və özəl mühafizə təşkilatının rəhbəri saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Bildirilib ki, qızın atası Rusiya Federasiyası Cinayət Məcəlləsinin 224-cü maddəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanılıb: “Bundan başqa, hadisə ilə bağlı özəl mühafizə şirkətinin rəhbəri və bir qadın məktəb mühafizəçisi də saxlanılıb”.

Hazırda onlar dindirilir, daha əvvəl özəl mühafizə şirkətində axtarışlar aparılıb. Şahid ifadələrinə əsasən, məlum olub ki, gimnaziyadakı metal detektor işləmirmiş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026