"Səhnə üçün doğulmuşam".
Bakıvaxtı.az xəbər verir ki, bunu doğum gününü qeyd edən Xalq artisti Məleykə Əsədova "Zaurla Günaydın" verlişində deyib.
O bildirib ki, bu gün onun bu yerə gəlib çıxmasında tamaşaçı sevgisinin rolu müstəsnadır:
"Mən özümə məxsus deyiləm, mən tamaşaçılarıma məxsusam. Tamaşaçı alqışları məni Məleykə Əsədova edib. "Məleykə" deyəndə mənim adımı bütöv deyirlər - "Məleykə Əsədova" deyirlər. Ona görə də mən oturuşumda, duruşumda, danışığımda - hər şeyə görə xalqıma təşəkkür edirəm"./milli.az
















