• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Meşə yanğını şəhərə yaxınlaşır: təxliyə əmri verildi

DÜNYA

17 Avqust 2023 | 09:03 | Müəllif: Subhan Mahmudov

Meşə yanğını şəhərə yaxınlaşır: təxliyə əmri verildi

Kanadanın şimalındakı Yellounayf (Yellowknife) şəhərinin sakinləri meşə yanğınlarının yaxınlaşması ilə əlaqədar təxliyə əmri alıblar.

Bakıvaxtı.az bildirir ki, bu barədə "CBC News" kanalı məlumat yayıb.

"Yanğın indi şəhər üçün real təhlükədir", - yerli rəhbərliyin nümayəndəsi bildirib.

Qeyd olunur ki, artıq qarşıdan gələn həftəsonu yanğın bu qəsəbənin kənarına da təsir edə bilər.

Təxliyə bir neçə mərhələdə baş tutacaq və təxminən 22 min insan təhlükəsiz əraziyə köçürüləcək.

İyulun sonuna olan məlumata görə, yanan ərazilərin sahəsi 13 milyon hektara çatıb.

İndiyədək iki yanğınsöndürən həlak olub. Səlahiyyətlilər cari meşə yanğınları mövsümünü Kanada tarixindəki ən pis mövsüm adlandırıblar./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026