• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Stoltenberq ABŞ-a səfər edəcək

DÜNYA

15 Sentyabr 2023 | 22:01 | Müəllif: Subhan Mahmudov

Stoltenberq ABŞ-a səfər edəcək

NATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Stoltenberq sentyabrın 18-dən sentyabrın 21-dək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olacaq.

Sentyabrın 19-da NATO Baş katibi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyasının açılışında iştirak edəcək. Onun yüksək səviyyəli rəsmilərlə də görüşləri olacaq.

Sentyabrın 21-də isə Baş katib Xarici Əlaqələr Şurasında müzakirələrdə iştirak edəcək.

O, həmçinin ABŞ Dövlət katibi Entoni Blinkenin ev sahibliyi edəcəyi Transatlantik şam yeməyində iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026