• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrail Qəzzanın su təchizatını qismən bərpa etdi

DÜNYA

15 Oktyabr 2023 | 19:54

İsrail Qəzzanın su təchizatını qismən bərpa etdi

İsrail Qəzza bölgəsinin cənubuna suyun verilişini bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN-ə açıqlamasında israilli həmkarlarının ona bu qərar barədə məlumat verdiyini açıqlayıb.

Bir gün əvvəl “The Times of Israel” adı çəkilməyən amerikalı rəsmiyə istinadən yazırdı ki, Benyamin Netanyahu hökuməti Qəzza zolağına ərzaq, su və dərman idxalına icazə verməyə hazırdır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail Qəzza zolağına su və elektrik verilişini kəsərək, terrorçular tərəfindən əsir götürülən israillilərin azad edilməsini tələb edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026