• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Hizbullah”ın İsrailin şimalını atəşə tutması nəticəsində 8 nəfər yaralandı

DÜNYA

15 Oktyabr 2023 | 20:20

“Hizbullah”ın İsrailin şimalını atəşə tutması nəticəsində 8 nəfər yaralandı

Livan “Hizbullah”ının İsrailin şimalını raket atəşinə tutması sonucunda 8 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin “Haaretz” qəzeti yazıb.

Nəşrin məlumatına görə, zərərçəkmişlərdən iki nəfərin vəziyyəti ağırdır. Onlar qəlpə yaraları alıblar. Bir nəfərin vəziyyəti isə orta ağırdır. Qalan beş nəfər yüngül xəsarətlər alıblar. Zərərçəkmişlərin hamısı xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha öncə İsrail Müdafiə Ordusu Livanın cənubuna faktiki olaraq nəzarət edən “Hizbullah” partiyasının hərbi qanadının ölkənin şimalını atəşə tutduğunu və bununla əlaqədar cavab tədbirlərinin görüldüyünü açıqlamışdı.

Qeyd edək ki, Livan hökuməti 2000-ci ildən ölkənin cənubunu İran dəstəkli “Hizbullah”a həvalə edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, 2000-ci ilin mayında İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasından sonra Beyrut ölkənin sözügedən ərazisinə nəzarəti almalı olsa da, lakin bu baş verməyib. Livan hökuməti gizli şəkildə “Hizbullah”a Livanın cənubuna tam nəzarət etmək imkanı verib.

“Hizbullah” bir sıra Qərb ölkələrində terror təşkilatı kimi tanınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026