• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Sisi: İsrail bütün sərhədləri aşır...

DÜNYA

15 Oktyabr 2023 | 21:09

Sisi: İsrail bütün sərhədləri aşır...

İsrailin Qəzza zolağındakı hərəkətləri özünümüdafiə çərçivəsindən kənara çıxır. Qəzzada son üç əməliyyat zamanı 12,5 min dinc fələstinli həlak olub, onlardan 2,5 mini uşaq olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

"İndi gördüyümüz cavab özünümüdafiədən kənara çıxır. Bu, görünməmiş böhrandır. Biz gərginliyi azaltmaq üçün çox çalışırıq. Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı qərarların qəbulunda gecikmə olarsa, bundan daha çox mülki vətəndaş əziyyət çəkəcək",- o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026