• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Saakaşvili yenidən həbsxanaya qayıdacaq

DÜNYA

14 Noyabr 2023 | 20:51 | Müəllif: Subhan Mahmudov

Saakaşvili yenidən həbsxanaya qayıdacaq

Gürcüstanın keçmiş üçüncü prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb və həkimlərin müvafiq rəyindən sonra o, həbsxanaya köçürüləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərlə söhbətində bildirib.

“Məhbus Saakaşvili ilə bağlı mən dəfələrlə demişəm ki, biz qanun qarşısında tamamilə ədalətliyik. Bunu həm Gürcüstan məhkəmələri, həm də Strasburq məhkəməsi təsdiqləyib. 

Aydın oldu ki, dövlət bu şəxsin sağlamlıq hüququna tam hörmət etmək üçün hər şeyi edir. 

Bildiyiniz kimi, onun vəziyyəti yaxşılaşıb, biz buna sevinirik və həkimlər müvafiq təminat verəndə o, islah müəssisəsinə köçürüləcək”, - gürcü nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026