• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya PUA-sı Rumıniya ərazisində girdi və...

DÜNYA

14 Dekabr 2023 | 18:30 | Müəllif: Subhan Mahmudov

Rusiya PUA-sı Rumıniya ərazisində girdi və...

Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Odessa limanında mülki infrastruktura hücum edən zaman Rumıniya ərazisinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, PUA-nın hücumu zamanı Rumıniya tərəfi F-16 və hazırda bu ölkə ərazisində olan Almaniyanın “Eurofighter Tayfun” qırıcılarını havaya qaldırıb. Radarlar ən azı bir Rusiya PUA-nın Rumıniyanın hava məkanına daxil olduğunu aşkar edib.

Nazirlik ardınca PUA-nın boş əraziyə düşdüyünü açıqlayıb, uçan obyektin vurulması barədə hər hansı açıqlama verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026