• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Efiopiyada Qırmızı Xaçın əməkdaşı güllələndi

DÜNYA

13 Yanvar 2024 | 13:27

Efiopiyada Qırmızı Xaçın əməkdaşı güllələndi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

“Təcili tibbi yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, - məlumatda deyilir. Qeyd olunub ki, Berha xəstəxanaya çatana qədər dünyasını dəyişib.

Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq bilgi verməyib.

Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026