• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Xəstəxanaya yerləşdirilən nazir vəzifələrini təhvil verdi

DÜNYA

12 Fevral 2024 | 13:13

Xəstəxanaya yerləşdirilən nazir vəzifələrini təhvil verdi

Dekabr ayında prostat xərçəngi diaqnozu qoyulan və əməliyyat olunan ABŞ-ın müdafiə naziri Lloyd Ostin yenidən xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabrında prostat xərçəngi diaqnozu qoyulduqdan sonra əməliyyat olunan və yanvarın sonunda işinə qayıdan 70 yaşlı Ostinin dünən yerli vaxtla saat 14:20-də "təcili sidik kisəsi problemi" səbəbiylə xəstəxanaya yerləşdirilib.

Pentaqondan verilən açıqlamada, Ostinin Virciniya ştatındakı Walter Reed Milli Hərbi Tibb Mərkəzində edilən testlər nəticəsində reanimasiya şöbəsində müalicə olunduğu və müdafiə nazirinin vəzifəsini müavini Kathleen Hicksə təhvil verdiyi bildirilib. Nazir Ostinin xəstəxanada nə qədər qalacağı açıqlanmayıb.

Xatırladaq ki, nazir Ostinin 22 dekabr 2023-cü ildə gizli xəstəxanaya yerləşdirilməsi onun sağlamlıq vəziyyəti ilə bağlı Ağ Ev və Konqres səviyyəsində informasiya böhranına səbəb olmuşdu.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024