• Bakı 24° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Torpaq sürüşməsi nəticəsində 18 nəfər öldü

DÜNYA

13 Yanvar 2024 | 12:16

Torpaq sürüşməsi nəticəsində 18 nəfər öldü

Kolumbiyanın şimal-qərbində Çoko regionunda torpaq sürüşməsi nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

Bakıvaxtı.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Medellin və Quibdo şəhərlərini birləşdirən yol sürüşmə nəticəsində zədələndikdən sonra müvəqqəti olaraq bağlanıb.

Vitse-prezident Fransia Markes "X" hesabında bildirib ki, hökumət vəziyyəti nəzarətdə saxlayır.

Sürüşmənin səbəbi son 24 saat ərzində yağan güclü yağışlarla əlaqədardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026