• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məşədi Dadaşa yeni imam bu tarixdə təyin olunacaq

CƏMİYYƏT

06 Aprel 2023 | 11:56

Məşədi Dadaşa yeni imam bu tarixdə təyin olunacaq

“Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri, Cümə namazlarını İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir: "Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək”.

Dövlət Komitəsinin sədri əlavə edib ki, keçmiş Əbu Bəkir məscidində isə təmir işləri başa çatdırılıb və məscidin yaxın zamanlarda açılışının olması gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026