• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məşhur aktrisanın hesabını ələ keçirdilər - VİDEO

MƏDƏNİYYƏT

23 Fevral 2023 | 20:31 | Müəllif: Subhan Mahmudov

Məşhur aktrisanın hesabını ələ keçirdilər - VİDEO

Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında dələduzlara qarşı qəzəbli paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyədəki zəlzələdən zərərçəkənlərə həyat yoldaşı Yağmur Atacan ilə birgə yardımlar edən aktrisanın "Instagram" hesabı oğurlanıb.

Bundan başqa, Pınarın izləyicilərinə onun adından insanlara yardım adı altında linklər göndərilib. Vəziyyətlə bağlı P. Altuğ özü izləyicilərinə səslənib və deyib ki, heç kimə link göndərməyib:

"Bir neçə saatdır özünü bilməz bir beyinsizin törətdiyi əməl ilə məşğulam. Hər kəs bir şəkildə insanlara yardım əlini uzatmağa, kiməsə ərzaq, çadır, geyim və s. göndərməyə çalışarkən bir geri zəkalı bu zamandan yararlanıb hesabımı ələ keçirib, bəzilərinə mesaj atıb"./lent.az

Daha ətraflı videoda:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026