• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Məşhur britaniyalı aktyor öldü

MƏDƏNİYYƏT

30 Dekabr 2023 | 22:41 | Müəllif: Subhan Mahmudov

Məşhur britaniyalı aktyor öldü

Məşhur britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Skay Nyus” telekanalı məlumat yayıb.

Qeyd edək ki, aktyor “Yataq otağında” və “Maykl Kleyton” filmlərindəki rollarına görə iki dəfə “Oskar”a layiq görülüb.

Aktyor 1948-ci ildə İngiltərənin şimalındakı Lids şəhərində anadan olub və uşaqlığının bir hissəsini Kanadada keçirib. O, aktyorluq karyerasına 1970-ci illərdə başlayıb, ilk böyük işi “Bərabərlər arasında birinci” (1986) adlı siyasi serialda rol alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR