“Bizi sosial şəbəkəyə sürükləyən cəmiyyət var. Biz məcburuq ki, mahnını çıxardanda artıq sosial şəbəkə tərəfini də düşünək. Sosial şəbəkədə sevilməyən mahnı heç kimin maşınında dinlənilmir”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov “Xoş gəldim” verilişində danışıb.
Müğənni sosial mediada sənət adamlarını təhqir edən istifadəçilərdən də söz salıb:
“Söyüş söyüb təhqir etmə məsələsində isə paxıllıq dayanır. Bunun da səbəbkarları bəzi şou biznes sakinləridir. Çıxıb efirdə yalandan Sədərəkdən aldıqlarını “5 min manata almışam” deyirlər. Axı bunun arzusunda olan tamaşaçılar da var. Yalançı şou biznes nümayəndələri var ee… Düşünməyin ki, biz çox gözəl yaşayırıq, hər şey qaydasındadır. Elə deyil”.
Ziyafət Əlisoy
















