• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ağamirzə CİN ATINA MİNDİ: “Rəqibləri sındırmaq üçün…”

MƏDƏNİYYƏT-ŞOU

28 Fevral 2024 | 11:48

Ağamirzə CİN ATINA MİNDİ: “Rəqibləri sındırmaq üçün…”

“TikTok” bir yandan, canlılar bir yandan, çağırılmamış meyxana deyənlər bir yandan… Kim nə bilir, deyir. Bəhr tutanlar bir yandan… Bəhr deyə bilirsən? Atam, qərdeşim, elan ver ki, mən bəhr deyirəm. Bilək neçə nəfər olacaq, çağıraq, deyin”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov "Maqazin plus" verilişinə açıqlamasında deyib.

Ağamirzə gənc meyxanaçıların əlindən dad edib:

“Bəhrləri də neynirlər ki?! Əvvəl olan bəhrin arxasına quyruq qoşurlar, bu da təzə bəhr… Bu bəhr tutanların 95 faizi rəqibləri “sındırmaq” üçün tutur. 95 faizi də “səri” bəhrində super iştirak edə bilmir”.

O, meyxana ustadlarından da gileylənib:

“Bunların qarşısını almaq lazımdır. Bunun üçün də kömək lazımdır, qüvvə lazımdır. Mən lazım olanda 6 nəfəri bir yerə yığa bilmirəm. Biri deyir işim var, biri deyir xalamgilə gedirəm, biri deyir dayımgilə gedirəm… Yığışıb oturmaq lazımdır. Liderləri, qabaqda gedənləri tapmaq olmur”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024