“Biz bədxərc adamlar deyilik. Lazım olanları edirik, xərclərimiz çox olmur”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Samir Piriyev aparıcı həyat yoldaşı Anaradan danışarkən deyib.
İfaçı xanımına maşın hədiyyə etdiyini etiraf edib:
“Xanımım Anaraya avtomobil almışam. Maşını verəndə çəkmək istəyirdi, icazə vermədim. Neçə illər idi, məndən xahiş edirdi ki, ona maşın alım. Mən isə deyirdim ki, “maşın sürməyi tam öyrənəndən sonra alacağam”. 2011-ci ildə evlənmişik. 13 il sonra ona maşın aldım. Özü də “1” mator almışam”.
Ziyafət Əlisoy
















