• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Səidə Dadaşova Elzanı BAĞIŞLADI - VİDEO

MƏDƏNİYYƏT

29 Yanvar 2024 | 13:20

Səidə Dadaşova Elzanı BAĞIŞLADI - VİDEO

Müğənni Səidə Dadaşova və Əməkdar artist Elza Seyidcahan barışıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu barışıq paytaxt reatoranlarının birində baş tutub.

Belə ki, aparıcı, aktrisa Şəbnəm Naibli bir məkanda olan sənətçiləri barışığa səsləyib. Təklifi geri çevirməyən Səidə Dadaşova Elza Seyidcahanı bağışladığını bildirib:

 “Olan işdir. Olan oldu, keçən keçdi”.

Qeyd edək ki, bir neçə gün öncə Elza Seyidcahan Səidə Dadaşovanın atası, mərhum Xalq artisti Rafael Dadaşov haqqında "Rafael Dadaşovun evi yox idi, verilişə çəkilirdi. Məndən xahiş etdilər ki, mənim evimdə çəksinlər. Mən də razılaşdım, qapılarımı açdım, gəlib çəkdilər" sözlərini deyib.

Bu isə mərhum sənətçinin qızı Səidə Dadaşovanın özündən çıxmasına və Elza Seyidcahanı bu fikirlərinə görə tənqid etməsinə səbəb olub.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026