Müğənni Britni Spirs keçmiş sevgilisi, müğənni Castin Timberleykdən üzr istəyib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə İnstaqramda danışıb.
Buna səbəb 41 yaşlı Britni Spirsin ötən il həyat və yaradıcılığından bəhs edən "The Women in Me" ( İçimdəki qadın) kitabında Castin Timberleykin başqa bir ulduzla onu aldatdığını və 19 yaşında onu aborta məcbur etdiyini yazması olub.
Müğənni eyni zamanda Castin Timberleykin yeni mahnısına aşiq olduğunu bildirib.
Qeyd edək ki, Britni Spirs və Castin Timberleyk 1999-2002-ci illərdə 3 il münasibətdə olublar.
Günəş Mərd
















