• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Məşhur memar vəfat etdi - FOTO

HADİSƏ

07 Avqust 2023 | 13:43

Məşhur memar vəfat etdi - FOTO

Əməkdar memar Feyzulla Quliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  memarın gəlini yazıçı, tərcüməçi Svetlana Turan məlumat verib.

Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olub. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.

Beş ilə yaxın Qazaxıstanda memar kimi fəaliyyət göstərən memar uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərib və SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifi olub.

2007-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilib.

Memar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olub.

Allah rəhmət eləsin! /APA


Məşhur memar vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026