Sevgilisinin diqqətini çəkmək üçün ayağından əməliyyat olunan məşhur model həyatını itirib.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, model Lygia Fazio dünyasını dəyişib.
40 yaşlı model keçən il bir açıqlamasında daha gözəl və cazibəli ayağa sahib olmaq istədiyini və bu səbəbdən əməliyyat olunacağını demişdi.
Sevgilisinin də xoşuna gəlməsini deyən modelin bədəninə əməliyyat sonrası infeksiya düşüb. 3 həftə xəstəxanada qaldıqdan sonra, 2 uşaq anası Lygia dünyasını dəyişib.
Xəyalə Rza


















