• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məşhur serialda Azərbaycana qarşı TƏXRİBAT - VİDEO

MƏDƏNİYYƏT

31 Yanvar 2022 | 18:36 | Müəllif: Subhan Mahmudov

Məşhur serialda Azərbaycana qarşı TƏXRİBAT - VİDEO

Bu ilin yanvarından ABŞ-ın FOX telekanalında yayımlanan "The Cleaning Lady" (Xadimə) adlı serialın üçüncü bölümündə Azərbaycana qarşı təxribata yol verilib.

Bakıvaxtı.az  "qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən bölümdə iki erməni ailəsinin toyu nümayiş etdirilib. Baş rol ifaçılarından biri bunları deyib:

"Xalqımız bu qədər kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan, hara getməyimizdən asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə bildirirəm ki, torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız onunla fəxr edəcəyik".

Maraqlıdır ki, bu epizod Azərbaycanın "Vağzalı" və "Heyvagülü" mahnılarına bənzər melodiyarla müşayiət edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR