Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova İnstagram səhifəsində açdığı canlı yayımda Rusiya-Ukrayna müharibəsindən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, Əməkdar artist bu müharibədə Ukraynanı dəstəklədiyini bəyan edib.
“Putin, yekə kişisən, otur yerində. Bunun hoqqaların əlindən bezdik. Elə bil dünyanın ağasıdır. Sən dünyanın ağası deyilsən. Get, Rusiyanı idarə et. Görürsünüz, bütün dünya onu lənətləyir”, - deyə Aybəniz Haşımova bildirib.
Aytac Aslan

















