• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Aygün Bayramova Əməkdar artistlə barışdı

MƏDƏNİYYƏT

30 Mart 2022 | 18:43 | Müəllif: Subhan Mahmudov

Aygün Bayramova Əməkdar artistlə barışdı

Xalq artisti Aygün Bayramova ilə Əməkdar artist Gülüstan Əliyeva barışıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Deməsəm olmaz” proqramında deyilib. 

Bildirilib ki, barışıq Novruz bayramı ərəfəsində baş verib. 

Xanəndələri Xalq artisti Nəzakət Teymurova barışdırıb. Hadisə Azərbaycan Milli Konservatoriyasında olub. N.Teymurovanın barışıq istəyinə həmkarları müsbət reaksiya verib. 

Qeyd edək ki, A.Bayramova və G.Əliyeva uzun illərdir küsülüdür. Onlar arasındakı incikliyin səbəbi bilinməsə də, küsülülükləri “Zaurla Günaydın” proqramında ortaya çıxmışdı. Proqramda qonaq olan sənətçilər içəri girəndə görüşməyiblər, bir-birinin ünvanına atmacalı sözlər atıblar.(axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026