• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Məşhur turizm bölgəsində yanğın başladı

DÜNYA

29 Iyun 2023 | 21:03

Məşhur turizm bölgəsində yanğın başladı

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.

Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR