• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Messi ilə Ronaldu yenidən qarşılaşa bilərlər

İDMAN

19 Sentyabr 2023 | 16:26

Messi ilə Ronaldu yenidən qarşılaşa bilərlər

Lionel Messi ilə Kriştianu Ronaldu yenidən qarşılaşa bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, ulduz futbolçuların formasını geyindikləri Argentina və Portuqaliya yığmalarının yoldaşlıq görüşündə üz-üzə gəlmək variantları yaranıb.

UEFA və CONMEBOL arasındakı anlaşmaya əsasən, son dünya çempionu Argentina millisi 2024-cü ilin martında yoldaşlıq görüşü üçün Portuqaliya və İngiltərə komandaları arasında seçim etməli olacaq.

Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldu sonuncu dəfə bu ilin yanvarında üz-üzə gəliblər. Həmin vaxt argentinalının formasını geyindiyi Fransa PSJ-si yoldaşlıq görüşündə portuqaliyalının şərəfini qoruduğu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”i 5:4 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026