• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Barselona” “El Klasiko” üçün hazırlanan xüsusi formanı təqdim etdi

İDMAN

19 Oktyabr 2023 | 15:47

“Barselona” “El Klasiko” üçün hazırlanan xüsusi formanı təqdim etdi

“Barselona” klubu İspaniya La Liqasının XI turunda əzəli rəqibi “Real”a qarşı keçirəcəyi “El Klasiko” üçün hazırlanan xüsusi formanı təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Kataloniya təmsilçisi meydana “Rolling Stones” musiqi qrupunun loqosu olan formada çıxacaq.

“Barselona” ilə “Spotify” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində musiqiçilərin və qrupların loqoları ilə “El Klasiko”da iştirakın mümkünlüyü barədə razılıq əldə olunub. Oktyabrın 20-də “Rolling Stones”un “Hackneys Diamonds” albomunun buraxılışı olacaq. Bu, qrupun son 18 ildə ilk albomudur.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu oktyabrın 28-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026