• Bakı 21° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Meymunçiçəyinə yoluxma artır - ÜST-dən XƏBƏRDARLIQ

CƏMİYYƏT

24 May 2022 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyinə yoluxma artır - ÜST-dən XƏBƏRDARLIQ

Meymunçiçəyi Afrika qitəsi ölkələrindən başqa, daha 15 ölkədə qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında bildirilib.

Qeyd edək ki, meymunçiçəyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı və əzələ ağrısı daxil edilir. Qızdırma keçən kimi çox vaxt əvvəlcə üzdə, sonra bədənin digər hissələrinə, ən çox da ovuclara və ayaq altına yayılan səpgilər görünə bilər. Çox qaşınan ya ağrılı ola bilən səpgi dəyişir, müxtəlif mərhələlərdən keçir, qabıq bağlayır və nəhayət düşür. Yaralar köz bağlaya bilər.

İnfeksiya adətən özü-özünə keçir və 14-21 günə qədər davam edir.

Meymunçiçəyi ən çox Mərkəzi və Qərbi Afrikada rast gəlinir. ABŞ, Kanada, İspaniya, Portuqaliya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, Avstriya və Avstraliyanın səlahiyyətliləri də ölkələrində meymunçiçəyinin aşkarlandığını təsdiqləyiblər.

Verilən məlumatlarda bütün dünyada 80-ə yaxın təsdiqlənmiş yoluxma halının qeydə alındığı deyilsə də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi şübhəsi olan daha 50 xəstədən bəhs edir.

"Yoluxma hallarının sayı artacaq", - deyə ÜST xəbərdarlıq edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026