• Bakı 21° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Planetlərin paradını izləyə biləcəyik - DETALLAR

CƏMİYYƏT

23 Iyun 2022 | 07:00

Planetlərin paradını izləyə biləcəyik - DETALLAR

İyunun sonunda Yer kürəsinin sakinləri beş planetin paradını adi gözlə görə biləcəklər. Yerlilər belə bir hadisəni sonuncu dəfə 2004-cü ilin dekabrında müşahidə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb.

Qeyd olunur ki, iyunun 24-də günəş doğmadan təxminən bir saat əvvəl Merkuri, Venera, Mars, Yupiter, Saturn səmada düzüləcək. Planetlər Günəşə olan məsafə artdıqca yerləşəcək: üfüq xəttinin solundan sağına. Birincisi görünən Merkuri (ulduzdan 58 milyon kilometr), sonuncusu isə Saturn (1,4 milyard kilometr) olacaq. Planetləri rəng və parlaqlıq ilə müəyyən etmək olar. Venera parlaq ağ işıq saçacaq və digər planetlərdən daha parlaq olacaq (publika.az). Yupiter də ağ, lakin daha az parlaq olacaq. Marsı narıncı rənginə görə tanımaq olar. Saturn Günəşdən xeyli məsafədə olduğu üçün ən pis görünəcək.Bu beş planetin sonuncu paradını 2004-cü ilin dekabrında adi gözlə müşahidə etmək olardı, növbəti parad isə 2040-cı ildə gözlənilir.


SON XƏBƏRLƏR

19 Aprel 2024