• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Mikayıl Cabbarov Çiao Subin ilə görüşdü

SİYASƏT

08 Dekabr 2023 | 12:52

Mikayıl Cabbarov Çiao Subin ilə görüşdü

“Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndiririk”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib.

O bildirib ki, “China Energy International Group Co., Ltd.” şirkətinin prezidenti Çiao Subin ilə ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarının şirkətin təqdim etdiyi innovativ həllərlə inteqrasiyası, enerji saxlama texnologiyalarının mənimsənilməsi, həyata keçirilən layihələr və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026