Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan şəxsləri adları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan 3 nəfər - 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu və 1982-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğludur. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər./APA
***
09:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlik-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.


jpeg-1702704358.jpeg)


jpg-1705298166.webp)
jpg-1705297467.webp)









