• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Milli Məclisin sədri Moskvaya gedib

SİYASƏT

15 May 2023 | 01:35 | Müəllif: Qalib İbrahimoğlu

Milli Məclisin sədri Moskvaya gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 14-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə Bakıvaxtı.az-a Miili Məclisdən bildirilib.

Verilən məlumaa görə, Moskva şəhərinin Vnukovo-2 beynəlxalq hava limanında nümayəndə heyətini Rusiya Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında, Federal Məclisin Federasiya Şurasında və TASS Agentliyində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş foto sərgilərin açılışında və digər tədbirlərdə iştirak edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Oktyabr 2026