• Bakı 19° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Millimiz ən az xal toplayan üçüncü komandadır

İDMAN

20 Noyabr 2024 | 12:15

Millimiz ən az xal toplayan üçüncü komandadır

Azərbaycan yığması UEFA Millətlər Liqasında ən az xal toplayan üçüncü komandadır.

Bakıvaxtı.az xəbər verir ki, C Liqasında mübarizə aparan Fernandu Santuşun baş məşqçisi olduğu kollektivlə yanaşı, Qazaxıstan B Liqasında, Andorra isə D Liqasında 1 xalla kifayətlənib.

Hər üç milli 3-5-ci yerləri bölüşüblər.

C Liqasında Litva və B Liqasında Finlandiya yığmaları xal qazana bilməyiblər.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsində 54 komanda çıxış edib. Sonuncu turda İsveçə səfərdə 0:6 hesabı ilə uduzan Azərbaycan millisi D Liqasına düşüb.


SON XƏBƏRLƏR

07 Iyun 2025