Mingəçevirdə yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, yanğın ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində qeydə alınıb. Belə kİ, mənzilin mətbəxdə 4 p.m mebel, 1 ədəd qabyuyan maşın, 1 ədəd qaz sobası və 1 ədəd aspirator yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















