Ağstafada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Bakıvaxt.az xəbər verir ki, hadisə Qıraqkəsəmən kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olanlar 2005-ci il təvəllüdlü Əhmədli Aqşin, Əhmədli Həsən və 2005-ci il təvəllüdlü Əhmədli Jalə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Ə.Jalə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılır.
Faktla bağlı araşdırma aparılır./unikal











jpg-1714025624.webp)

jpg-1714023844.webp)


