• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Kürdəmirdə kanala düşən sürücünün meyiti tapılıb – YENİLƏNİB

HADİSƏ

17 Fevral 2022 | 19:18 | Müəllif: Qalib İbrahimoğlu

Kürdəmirdə kanala düşən sürücünün meyiti tapılıb – YENİLƏNİB

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilində Yuxarı Şirvan su kanalına düşən 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin (Rusiya Federasiyası vətəndaşı) axtarışları başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

V.Nimanixinin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

18:22***

Kürdəmirdə kanala düşən avtomobil tapılaraq sudan çıxarılıb.

“Report” xəbər verir ki, “Toyota” markalı avtomobilin sürücüsü, Rusiya vətəndaşı 27 yaşlı Nimanikin Vadim Andreyeviç idarəetməni itirib və nəqliyyat vaistəsi Aşağı Şirvan kanalına düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

 

17:35***

Kürdəmirdə minik avtomobili kanala düşüb.

Bu barədə Bakıvaxrı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, FHN-nin "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində içərisində 1 nəfərin olduğu ehtimal edilən "Toyota" markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR