• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

MİQ imtahanı üçün 9000 vakant yer var

CƏMİYYƏT

10 Iyul 2023 | 15:35

MİQ imtahanı üçün 9000 vakant yer var

Müəllimlərin işə qəbulu imtahanının təşkilində məqsəd vakant yerlərin tam dolmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu ilə bağlı brifinqdə deyib. O bildirib ki, buna baxmayaraq, vakant yerləri seçdiyi halda sonradan imtina edən namizdələr də olur, bu isə həmin məktəblərdə vakant yerlərin boş qalmasına səbəb olur:

"Biz bildirmək istəyirik ki, müəllimlər kifayət qədər bal topladıqdan sonra seçdikləri vakant yer üzrə işləməyəcəklərsə, seçim etməsinlər. Hazırda 9000-dən vakant yer var. Vakant yerlər davam edir. 8 müxtəlif vakant yer seçmək imkanı olacaq".

Nurlan İsmayılbəyli deyib ki, son statistik nəticələrə görə, 8 min daimi, 12 min müəllim isə müddətli əsaslarla işə qəbul olub:

"Buna baxmayaraq, il ərzində müxtəlif səbəblərdən məktəblərdə vakant yerlər yaranır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026