• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq - FOTO

CƏMİYYƏT

11 Mart 2023 | 11:12

Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq - FOTO

"Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa çatdığı evi təmir olunacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu  Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılov deyib.

Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq.

Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqın (Mirzə Sadıqca) yaşadığı ev XIX əsrə aiddir.

Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib. /Report
 


Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026