• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mirzoyan Tehrana, Simonyan isə Moskvaya getdi

SİYASƏT

04 Oktyabr 2021 | 14:26

Mirzoyan Tehrana, Simonyan isə Moskvaya getdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 4 -də İrana işgüzar səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.

Məlumata görə, Mirzoyanın Tehranda İranın xarici işlər naziri Hüseyin Abdollahianla görüşü planlaşdırılır və bundan sonra tərəflər açıqlama verəcəklər.

Eyni zamanda, Ermənistan parlamentinin mətbuat xidməti parlament spikeri Alen Simonyanın üç günlük rəsmi səfərlə bazar ertəsi günü Moskvaya getdiyini bildirir. Rusiyanın paytaxtında Simonyan Dövlət Dumasının sədri Vyaçeslav Volodin, xarici işlər naziri Sergey Lavrov, Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüşəcək. Simonyan həmçinin Rusiya Federasiyasının Diplomatik Akademiyasını ziyarət edəcək, erməni icmasının nümayəndələri ilə görüşəcək.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR