• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Moldova səfiri Prezidenti Azərbaycan dilində təbrik etdi

SİYASƏT

24 Noyabr 2022 | 15:17

Moldova səfiri Prezidenti Azərbaycan dilində təbrik etdi

Moldovanın Azərbaycana təyin edilmiş yeni səfiri Aleksandr Esaulenko Prezident İlham Əliyevi Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycan dilində təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir təbriklərini noyabrın 24-də Prezidentə etimadnaməsini təqdim edərkən çatdırıb.

"Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim", - Aleksandr Esaulenko Azərbaycan dilində deyib.


SON XƏBƏRLƏR